Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kamran Əliyev TDT-yə üzv dövlətlərin Baş Prokurorları Şurasının iclasında iştirak edib - YENİLƏNİB + FOTO
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankara şəhərinə işgüzar səfərə gedib.
“Report” xəbər verir ki, tədbirdən öncə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbir ziyarət edilib, böyük Atatürkün əziz xatirəsi ehtiramla yad edilib.
TDT-yə üzv Dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında açılış nitqi ilə çıxış edən Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin, Ali Məhkəmənin sədri Mehmet Akarca, ədliyyə naziri Yılmaz Tunç, TDT-nin Baş katibi Kubaniçbek Ömüralıyev və Ağsaqqal Şurasının sədri Binəli Yıldırım iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərdə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığın bütün formalarına qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib. TDT Baş Prokurorları Şurasının 2-ci toplantısının Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyəti qeyd edilib.
Kamran Əliyev üç il əvvəl Azərbaycan torpaqlarının otuz illik işğalına son qoyulduğunu, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edildiyini vurğulayıb. İşğal bitsə də, onun ağır fəsadlarının hələ də qalmaqda olduğunu bildirən Baş prokuror Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndinin Ermənistan tərəfindən vəhşicəsinə dağıdıldığını qeyd edib. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğu və ya ağır yaralandığı bildirilib.
Həmçinin, Baş prokuror Azərbaycan Ordusu tərəfindən 1 ay öncə lokal xarakterli antiterror tədbirlərinə başlanıldığı və qarşıda duran bütün vəzifələrin cəmi bir gün ərzində yerinə yetirilərək ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu xüsusi vurğulayıb.
Bu ilin 15 oktyabr tarixində isə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ölkəmizin üçrəngli bayrağının əzəli torpaqlarımız olan Ağdərə, Xocavənd, Xocalı, Əsgəran və nəhayət Xankəndidə qaldırıldığı qeyd olunub.
Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturun tamamilə dağıdıldığını, bugün həmin ərazilərdə ölkə rəhbərliyinin diqqət və qayğısı ilə sürətli yenidənqurma işlərinin uğurla aparıldığı vurğulanıb.
Bundan başqa, Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilə və konvensiyalardan irəli gələn öhdəliklərə əməl olunması, o cümlədən cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, cinayət törətmiş şəxslərin verilməsi, cinayət təqibinin həyata keçirilməsi ilə bağlı sorğuların və digər sənədlərin icrasının həyata keçirildiyi bildirilib.
İclasın sonunda Ankara bəyanatı qəbul edilib, növbəti iclasın Qırğızıstanda keçirilməsi qərara alınıb.
Baş Prokurorluğun nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri davam edir.
13:30
Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Baş Prokurorlar Şurasının ikinci iclası keçirilir.
“Report” xəbər verir ki, tədbirdə Azərbaycanı Baş prokuror Kamran Əliyev təmsil edir.
Toplantıda ədliyyə və hüquq sahəsində qarşılıqlı əməkdaşlıq, gələcək layihələr müzakirələr olunur.
Qeyd edək ki, TDT Baş Prokurorları Şurasının ilk iclası 2021-ci ildə Bakıda keçirilib.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR
- Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında
- Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
- Ali Məhkəmədə iqlim dəyişikliyi ilə bağlı tədbir keçirilib
- Üç hərbçini öldürərək ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət etdi
Rəylər