Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İtaliyanın mədəniyyət naziri sevgilisinə görə istefa verdi
İtaliyanın Baş naziri Ciorcia Meloni mədəniyyət naziri Cennaro Sanculianonun istefasını qəbul edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Meloni özü bildirib.
Meloni bacarıqlı və dürüst insan adlandırdığı Sanculianoya İtaliyanın mədəniyyət naziri kimi böyük işlər gördüyünə görə təşəkkür edib və onun istefasını qəbul etdiyini açıqlayıb.
O əlavə edib ki, o, Mədəniyyət Nazirliyinin yeni rəhbəri Alessandro Culinin namizədliyini irəli sürüb.
Sanculiano sosial şəbəkələrdə İtaliyanın baş nazirinin mesajını yayıb, lakin istefasına münasibət bildirməyib.
Qeyd edək ki, daha əvvəl keçmiş nazir münasibətdə olduğu və birlikdə xidməti ezamiyyətlərə getdiyi inflüenser Mariya Rozariya Boççanı İtaliya Mədəniyyət Nazirliyinə məsləhətçi təyin etməyə çalışdığını etiraf edib.
Qalmaqal fonunda Sanculiano bildirib ki, o, baş nazirdən istefasını xahiş edib, lakin o, bunu qəbul etməyib.
"İtaliya" teqi üzrə xəbərlər
- İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı
- Kiyevdə hava hücumu təhlükəsi: Şəhərdəki səfirliklər bağlanır
- Bələdçilərin "növbəti səfərinizə saxlamayın" dediyi kənddən REPORTAJ
- Françesko Korvaro: "İtaliya COP29 iqlim və sülh təşəbbüsündə aparıcı tərəfdaş olmaqdan qürur duyur"
- COP29 çərçivəsində SOCAR ilə "İtalgas" şirkəti arasında əməkdaşlığa dair Saziş imzalanıb
Rəylər