Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İtaliya A Seriyası: "İnter" "Verona"nı məğlub edə bilmədi
İtaliya A seriyasının son turunda "Verona" və "İnter" qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun Mark Antonio Benteqodi stadionunda (Milan, İtaliya) baş tutub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
10-cu dəqiqədə müdafiəçi Yann Bissekin ötürmə etdiyi hücumçu Marko Arnautoviçin dəqiq zərbəsi ilə "İnter" matçda hesabı açıb. Matçın 16-cı dəqiqəsində Tomas Suslovun ötürməsindən "Verona"nın hücumçusu Teyanni Noslin qol vurub. Matçın 37-ci dəqiqəsində meydan sahibləri hesabda önə keçiblər: bu dəfə Suslov Noslinin ötürməsindən qol vurub. 45+1-ci dəqiqədə Arnautoviç dubla imza ataraq, hesabı bərabərləşdirib. Matçın sonunda qonaqlar qol vurublar, lakin VAR yoxlamasından sonra qol ləğv edilib.
"İnter" A Seriyasının 2023/2024 mövsümünü birinci yerdə başa vurub. Simone İnzaqinin yetirmələri 38 matçda 94 xal toplayıblar. "İnter" A Seriyasının 33-cü turunun matçından sonra "Milan"ı 2:1 hesabı ilə məğlub edərək vaxtından əvvəl turnirin qalibi olub. Verona 38 xalla 13-cü yerdə qərarlaşıb.
"İnter" teqi üzrə xəbərlər
- Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək görüşlərin AFİŞASI
- Hakan Çalhanoğlu diskvalifikasiya oluna bilər
- Hakan Çalhanoğlu yeddi il sonra ilk dəfə penaltidən fərqlənə bilmədi
- A Seriyası: "İnter" və "Napoli" matçında qalib müəyyənləşmədi
- Hakan Çalhanoğlu "İnter"in əfsanə futbolçuları siyahısına əlavə ediləcək