Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İsveçrəli cütlük ev xidmətçilərinə işgəncə verib
Ev işçilərinə qarşı qəddar rəftarın şokedici hadisəsi İsveçrəni sarsıdıb.
Oxu.Az bu barədə "Daily Mail"ə istinadən xəbər verir.
Məlumata görə, Sürixə yaxın Andelfingen bölgəsindən olan evli cütlük aylarca evlərində iki gənc qadını - 22 yaşlı filippinli və 30 yaşlı braziliyalını saxlayıb və işgəncə verib. Bu, məhkəmə iclası zamanı məlum olub.
İT meneceri kimi çalışan 46 yaşlı isveçrəli və onun 32 yaşlı filippinli həyat yoldaşı qızları təhsil və yaşayış icazəsi almaqda kömək vədi ilə aldadıblar. Lakin əcnəbi qadınlar tələyə düşüblər - onları gündə 15 saat pəncərəsiz dar qəfəsdə saxlayıb və alçaldıcı BDSM praktikalarına (fiziki güc və güclü stimulyasiya tətbiq olunan cinsi əlaqə növü) məruz qoyublar.
Hakimin "cinsi meyilləri olan sadist" adlandırdığı kişi etiraf edib ki, 22 yaşlı filippinli qızı müntəzəm olaraq qandal, zəncir və kəmərlə bağlayıb, bəzən onları bir-birinə birləşdirib. Qız tamamilə işgəncə altında olub.
Zorakılıqdan əlavə, qurbanlar əmək istismarına da məruz qalıblar. Onlar həftədə 6 gün ev işləri görməyə məcbur edilib və cütlüyün sərəncamında 24 saat olublar. 45 saatdan çox iş həftəsinə görə filippinli qız ayda cəmi 800 İsveçrə frankı (1600 manat) alıb.
Prokuror sadist üçün 36 ay həbs cəzası tələb edib ki, bunun doqquz ayı həqiqi həbs müddətidir. Onun həyat yoldaşına azadlıqdan məhrumetməyə köməklik göstərməkdə ittiham olunaraq 10 ay şərti cəza verilə bilər. Hökm sentyabrın 18-də elan ediləcək.
"İsveçrə" teqi üzrə xəbərlər
- UEFA Millətlər Liqası: Bu gün daha beş görüş keçiriləcək
- İsveçrə öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb
- Yann Zommer milli komandadakı karyerasını başa vurdu
- Yaşayış üçün ən bahalı və ən ucuz şəhərlərin adları açıqlandı
- Fransada İsveçrənin Yelkənli İdman Federasiyasının prezidenti qarət edilib
Rəylər