Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İsrailin İrana hücumuna dair məxfi sənədləri yayan şəxs bəlli oldu
İsrailin İrana hücum hazırlığı ilə bağlı Pentaqonun məxfi sənədlərinin sızmasının mənbəyi ABŞ-nin Müdafiə Nazirliyində çalışan yüksəkrütbəli məmur olub.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.
Həmin əməkdaş iranəsilli amerikalı Ariana Təbatəbaidir.
O, ABŞ Müdafiə nazirinin Xüsusi Əməliyyatlar və Aşağı İntensivlikli Münaqişələr üzrə müavininin qərargah rəisidir. Əvvəllər bu şəxs ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamentində məsləhətçi işləyib. Təbatəbai, həmçinin RAND korporasiyasında politoloq və Yeni Amerika Təhlükəsizliyi Mərkəzində (CNAS) Yaxın Şərq Təhlükəsizliyi Proqramının baş elmi işçisi olub.
"İran-İsrail münaqişəsi" teqi üzrə xəbərlər
- Netanyahu: "İsrail İranın nüvə proqramına zərbə vurub"
- İran prezidenti: "Ölkə istənilən düşmən addımına cavab verəcək"
- İsrail İrana qabaqlayıcı zərbə endirə bilər
- İranın mümkün cavabını gözləyən İsrail ordusu hazırlıq səviyyəsini artırıb
- İranın İsrailin hücumuna cavab qərarını nələr dəyişdirə bilər? - Pezeşkian açıqladı
Rəylər