Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İsrailin hücumları nəticəsində tanınmış suriyalı aparıcı həlak oldu
Suriyanın populyar teleaparıcısı Safaa Əhməd İsrail Müdafiə Ordusu (SAXAL) tərəfindən Dəməşq ərazisinə endirilən zərbə nəticəsində həyatını itirib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Suriyanın Radio və Televiziya Baş İdarəsi məlumat verib.
Bildirilib ki, faciə Suriya paytaxtının cənub-qərbində baş verib. İlkin məlumatlara görə, hücumun hədəfi İran səfirliyi olub.
Hava hücumu nəticəsində həlak olanların dəqiq sayı hələ açıqlanmır, lakin zərbənin bir neçə nəfərin həyatına son qoyduğu məlumdur.
Qeyd edək ki, Dəməşqə hücum İsrailin Livandakı hərbi əməliyyatının başlanması ilə eyni vaxta təsadüf edib.
Rəylər