Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İsrail tankı BMT sülhməramlılarının Livandakı mövqelərini atəşə tutub
İsrail ordusuna (SAXAL) məxsus tank BMT-nin Livandakı sülhməramlı qüvvələrinin (UNIFIL) mövqelərinə atəş açıb.
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə missiyanın saytında məlumat verilib.
"Bu səhər Kafr Kela yaxınlığında sülhməramlılar onların müşahidə qülləsinə atəş açan SAXAL-ın "Merkava" tankını görüblər", - məlumatda bildirilir.
Qeyd olunur ki, atəş nəticəsində iki kamera sıradan çıxıb, qüllə zədələnib.
Missiya, həmçinin mövqelərin dəfələrlə atəşə tutulduğunu bildirib.
"Biz SAXAL-a və bütün şəxslərə BMT personalının və əmlakının təhlükəsizliyini təmin etmək, eləcə də BMT-nin obyektlərinin toxunulmazlığına hər zaman riayət etmək öhdəliklərini xatırladırıq", - bəyanatda qeyd olunub.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib
Rəylər