Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İsrail səfirindən çox təsirli paylaşım: “HƏMAS körpənizi öldürsə, nə edərdiniz?” - FOTO
“HƏMAS körpənizi öldürsə, nə edərdiniz?”
Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” hesabında yazıb.
O, hazırda öz ölkəsində gedən qanlı qarşıdurmanın bir uşağın yataq otağına əks olunan dəhşətli görüntüsünü paylaşıb.
Here is a child’s room in Israel today.
— George Deek (@GeorgeDeek) October 11, 2023
Hamas, inspired by ISIS. pic.twitter.com/hvFLzKRh6u
İsrail səfiri HƏMAS-ın digər bir terrorçu təşkilat olan İŞİD-dən ilham aldığını da qeyd edib. Corc Dik HƏMAS terrorçularının İsrail kəndlərindən birində özlərindən sonra İŞİD “bayrağ”ı qoyaraq getdiklərini bildirib.
“Dünya bu şərə qarşı mübarizə aparmalı və qalib gəlməlidir, İŞİD-ə olduğu kimi. Heç bir bəhanə olmadan”, - C.Dik yazıb.
Hamas terrorists left an ISIS flag in an Israeli village.
— George Deek (@GeorgeDeek) October 11, 2023
The world must confront this evil and defeat it, as it defeated ISIS. No ifs, ands or buts.
Stand with Israel 🇮🇱#HamasisISIS pic.twitter.com/0w5XPnlVqB
Xatırladaq ki, oktyabrın 7-dən Qəzza zolağında İsrail və Fələstin arasında qarşıdurma başlayıb. HƏMAS üzvləri Qəzza ilə həmsərhəd olan Raim kibutsunda (xüsusi kənd təsərrüfatı icması – red.) İsrailin “Nature Party” musiqi festivalına hücum ediblər. Xeyli israilli girov götürülüb, öldürülüb və yaralanıb. Bundan sonra münaqişənin miqyası böyüyüb. Tərəflər artıq bir-birinə raketlərlə zərbələr endirirlər. Son məlumatlara görə, İsraildə ölənlərin sayı 1 200-ü, yaralıların sayı üç mini keçir.
Rəylər