Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İsrail Müdafiə Qüvvələri "İslami Cihad"ın komandirini öldürdü
İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağının cənubundakı Rəfah bölgəsində əməliyyatlarını davam etdirir.
Bu barədə Oxu.Az İsrail Müdafiə Qüvvələrinin "Telegram" hesabına istinadən xəbər verir.
Məlumata görə, əməliyyatlar zamanı Qəzzanın mərkəzi və cənubunda külli miqdarda silah-sursat aşkar edilib.
Həmçinin qeyd edilib ki, son 24 saat ərzində İsrail qoşunları hava zərbələri nəticəsində onlarla terrorçunu məhv edib.
Xan-Yunis bölgəsində öldürülən terrorçulardan biri də 7 oktyabr qətliamında iştirak edən "İslami Cihad" kəşfiyyat bölməsinin komandiri Usama Cədallahdır.
Xatırladaq ki, İDF ötən gün də Suriya-Livan sərhədi yaxınlığında "İslami Cihad" terror təşkilatının əməliyyatlar bölməsinin terrorçusu Faris Kasimə zərbə endirib və onu məhv edib.
Rəylər