Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İspaniyada baş verən güclü daşqının səbəbi məlum oldu
Qlobal istiləşmə İspaniyada güclü daşqınlara səbəb olub.
Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə iqlim dəyişikliyinin ekstremal hava hadisələrinə təsirini araşdıran "World Weather Attribution"un (WWA) məlumatında bildirilir.
Məqalədə qeyd olunub ki, regionda qısamüddətli və intensiv leysanların həcmi artmaqdadır. Bu həftə Valensiyada yağıntılar sənayedən əvvəlki dövrlərə (1850-1900) nisbətən 12% daha intensiv və iki dəfə çox yağıb.
Yaxın gələcəkdə ekstremal və dağıdıcı fırtınaların daha tez-tez baş verəcəyi iddia edilir. Mütəxəssislər bunu Aralıq dənizində rekord hava temperaturu ilə əlaqələndirirlər.
Xatırladaq ki, oktyabrın 30-da səhər saatlarında "The Guardian" qəzeti İspaniyada daşqınlar nəticəsində 7 nəfərin itkin düşdüyünü bildirib. Valensiyada yağan yağışlar səbəbindən dəmir yolu və magistral yolları su basıb, bölgədə sürətli qatarların hərəkəti dayandırılıb.
Təbii fəlakət fonunda İspaniyanın dövlət meteoroloji agentliyi AEMET Valensiyada qırmızı, Əndəlüsün bəzi yerlərində narıncı həyəcan siqnalı elan edib.
"İspaniyada daşqın" teqi üzrə xəbərlər
- Valensiyada daşqınlar nəticəsində 12 ölkənin vətəndaşı həlak olub
- İspaniyada daşqın nəticəsində ölənlərin sayı artıb
- Barselona daşqın altında qalıb, qırmızı təhlükə səviyyəsi elan edilib
- UEFA-nın qarşıdakı oyunları bir dəqiqəlik sükutla başlayacaq
- İspaniyadakı fəlakət azərbaycanlının dilindən: "İtkilərin sayının artacağı gözlənilir"
Rəylər