Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ və İsrail İranı İraqdakı aviabazaya hücumda ittiham edib
İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant və Pentaqonun rəhbəri Lloyd Ostin İraqın Eyn əl-Əsəd hava bazasına raket hücumunu və bu hücum nəticəsində bir neçə hərbçinin yaralanmasını "təhlükəli eskalasiya" kimi qiymətləndiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə Pentaqonun saytında yerləşdirilən məlumatda qeyd olunub.
Məlumatda həmçinin qeyd olunur ki, bu cür hücumlar İranın regionda sabitliyi pozan rolunu nümayiş etdirir.
ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin istifadə etdiyi İraqın Eyn əl-Əsəd hava bazasına edilən hücum nəticəsində bir neçə amerikalı hərbçinin yaralandığını təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Pentaqon rəsmisi bildirib.
O əlavə edib ki, ABŞ Müdafiə Nazirliyi hadisə ilə bağlı yeni informasiya daxil olduqca daha ətraflı məlumat verəcək.
"İraq" teqi üzrə xəbərlər
- İraqda evlilik yaşı doqquza endirilə bilər
- Ayətullah Sistani İran-İsrail gərginliyi fonunda İraqın siyasəti ilə bağlı danışdı
- İran bir neçə gün ərzində İraqdan İsrailə zərbə endirmək niyyətindədir
- Bağdadda Səudiyyə Ərəbistanının xəbər agentliyinin yerləşdiyi binaya hücum olub
- Suriya və İraqdan Azərbaycana səkkiz nəfər repatriasiya edilib
Rəylər