Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İranın yeni vitse-prezidenti 10 gündən sonra istefa verib
2013-2021-ci illərdə İranın xarici işlər naziri vəzifəsində çalışmış və ABŞ ilə danışıqların tərəfdarı olan ölkənin strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif cəmi 10 gün vəzifədə qaldıqdan sonra istefa verib.
Oxu.Az xəbər verir ki, bu barədə o, özünün "X" hesabında yazıb.
"Mən işimin nəticəsindən razı deyiləm. Digər problemlərlə yanaşı, bu, məni universitetdə yolumu davam etdirməyə məcbur etdi", - Zərif qeyd edib.
Söhbət iyulun 5-də İranda keçirilən prezident seçkisində Məsud Pezeşkianın qələbəsindən dərhal sonra Zərifin rəhbərlik etdiyi Məşvərət Şurasından gedir. Zərif avqustun 11-də təsdiq üçün parlamentə təqdim edilən yeni kabinet üçün namizədlərin seçilməsinə cavabdeh idi.
İslam respublikasının islahatçı qanadının nümayəndəsi olan Zərif ABŞ ilə dialoqun əsas tərəfdarlarından biri hesab olunur və buna görə İran mühafizəkarları tərəfindən tənqid edilir. Diplomat 2015-ci ildə Tehranın nüvə proqramına dair sazişin hazırlanmasında və bağlanmasında fəal iştirak edib. O, ABŞ dövlət katibi və digər rəsmiləri ilə dəfələrlə danışıqlar aparıb.
سلام بر مردم بزرگوار و خطاپوش ایران
— Javad Zarif (@JZarif) August 11, 2024
امروز جناب دکتر پزشکیان وزرای دولت چهاردهم را به مجلس معرفی فرمودند که برای همگی آرزوی موفقیت دارم.
از نوزده وزیری که امروز معرفی شدند، سه نفر نامزد نخست، 6 نفر نامزد دوم یا سوم و یک نفر نامزد پنجم کمیتهها و یا شورای راهبری بودند.
بارها گفته… pic.twitter.com/lbuWQE213H
"İran" teqi üzrə xəbərlər
- Baş nazir Əli Əsədov İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri ilə görüşüb
- İran uranın zənginləşdirilməsini dayandıracaq?
- Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
- Trampın növbəti prezidentliyi İranla münasibətlərə necə təsir göstərəcək? - "Kaspi"nin ARAŞDIRMASI
- İranda mədən çökdü: Ölən və yaralananlar var
Rəylər