Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İranda yenidən zəlzələ oldu
Bu gün Hormozqan əyalətinin Bəndər Kəngan şəhərində Rixter şkalası üzrə 4.2 bal gücündə zəlzələ baş verib.
Bu barədə "Azad İran" "Telegram" kanalı Tehran Universitetinin Geofizika Mərkəzinə istinadla məlumat verib.
Bildirilib ki, zəlzələ yer səthindən 20 kilometr dərinlikdə meydana gəlib.
Hələlik dağıntılar və xəsarət alanlar haqqında məlumat yoxdur.
Xatırladaq ki, bir neçə gün öncə İsfahan vilayətinin Cəndəq şəhərində də zəlzələ olub.
"İranda zəlzələ" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər