Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İranda silahlı qarşıdurma: bir SEPAH zabiti öldürüldü, ikisi yaralandı
İranda Kürdüstan əyalətinin Sərvabad bölgəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri ilə silahlı toqquşma baş verib. Nəticədə bir SEPAH üzvü ölüb, daha iki nəfər isə yaralanıb.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İranda İnsan Haqları Təşkilatı (HENGAW) xəbər verib.
Bildirilir ki, toqquşma "Kürdüstan Azad Həyat Partiyasının" (PJAK) üzvləri ilə baş verib.
Silahlı atışma zamanı öldürülən SEPAH zabitinin Məhəmməd Əhmədpur olduğu bildirilib. Yaralanan iki şəxsin kimliyi ilə hələlik bəlli deyil.
"İran" teqi üzrə xəbərlər
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
- BƏƏ-də ravvinin qətlində əli olan şəxslər həbs edildilər
- Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu
- İran Rusiyaya nota verdi: Kazan şəhərində həbs edilən tələbələr azadlığa buraxıldılar
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
Ən çox oxunanlar
Rəylər