Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İranda növbəti namizəd prezident seçkisində iştirak etmək üçün rəsmi qeydiyyatdan keçdi
İran parlamentinin keçmiş sədri Əli Laricani Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra iyunun 28-nə təyin edilmiş növbədənkənar prezident seçkisində iştirak etmək üçün rəsmi qeydiyyatdan keçib.
Bu barədə dövlət KİV-i məlumat verib.
Ali rəhbər Ayətullah Əli Xameneinin müşaviri və müttəfiqi olan Əli Laricani jurnalistlərə müsahibəsində deyib ki, iranlıların üzləşdiyi iqtisadi problemlərin həllinə və ABŞ-nin sanksiyalarının aradan qaldırılmasına diqqət yönəldəcəyini bildirib.
Xatırladaq ki, daha əvvəl İranda prezident seçkisi üçün üç namizəd rəsmən qeydiyyatdan keçib.
Bunlar İranın sabiq deputatı, İran Demokrat Partiyasının qurucusu Mustafa Kəvakbian, həmçinin 12-ci çağırış Məclisin (parlament) üzvləri Məhəmməd Sabaqian və Abbas Moğtadaidir.
Mənbə: "Reuters"