Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İranda ali rəhbərin nüvə silahının qadağan edilməsi ilə bağlı fətvasına sadiqdirlər
"İran kütləvi qırğın silahlarından istifadədən imtina siyasətinə sadiq qaldığını təsdiqləyir".
Oxu.Az-ın məlumatına görə, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bəyan edib.
"İslam Respublikası İranın siyasəti kütləvi qırğın silahlarından istifadədən qəti şəkildə imtina etməkdir və bu qərar Ali Rəhbər Əli Xameneinin fətvasına əsaslanır. İran və xarici mətbuatda Tehranın nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı müzakirələr bu mövqeyə heç bir təsir göstərmir və İran həmişə müdafiə doktrinasına əsaslanaraq bu siyasəti izləyəcək", - deyə Bəqai brifinqdə bildirib.
"İran" teqi üzrə xəbərlər
- Baş nazir Əli Əsədov İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri ilə görüşüb
- İran uranın zənginləşdirilməsini dayandıracaq?
- Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
- Trampın növbəti prezidentliyi İranla münasibətlərə necə təsir göstərəcək? - "Kaspi"nin ARAŞDIRMASI
- İranda mədən çökdü: Ölən və yaralananlar var
Rəylər