Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İran XİN: "İsraildən qisas almaq üçün heç kimdən icazə istəməyəcəyik"
"Tehran öz suverenliyini müdafiə etmək hüququndan istifadə etmək üçün heç kimdən icazə istəməyəcək".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Nasir Kənani Böyük Britaniya, Almaniya və Fransanın Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə İsrailə cavab verməkdən çəkinməyə çağırışını şərh edərkən deyib.
"İran suverenliyini və milli təhlükəsizliyini qorumaq, regional sabitliyi təşviq etmək və regionda terrorizm və qeyri-sabitliyin əsl mənbəyinə qarşı çəkindirici qüvvə yaratmaq əzmindədir və onun ayrılmaz hüquqlarından istifadə etmək üçün heç kimdən icazə istəməyəcək", - deyə Kənani İran XİN-in rəsmi "Telegram" kanalında bildirib.
"İran-İsrail münasibətləri" teqi üzrə xəbərlər
- İrandan İsrailə qarşı "Doğru Vəd-3" əməliyyatı ilə bağlı yeni açıqlama
- Əli Xameneinin Suriyada səfərdə olan müşaviri Laricaninin görüş yerinin yaxınlığı hədəfə alındı
- Yeni dövr başlayır: Trampın hakimiyyəti dünyaya, Qafqaza və Azərbaycana necə təsir edəcək?
- İran prezidenti: "Onların bizə hücuma cəsarət etməmələri üçün raketlərimiz var"
- İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər
Rəylər