Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İran parlamenti ölkə prezidentinin ideyasını dəstəklədi: Paytaxtı Tehrandan köçürülür?
"İranın paytaxtının Tehrandan köçürülməsi mümkündür, baxmayaraq ki, bu proses kifayət qədər əmək və vəsait tələb edir".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri İran Məclisinin Daxili siyasət komitəsinin üzvü Seyid Ruhulla Musəvi deyib.
"Paytaxtın köçürülməsi prosesi kifayət qədər zəhmət tələb edir, mürəkkəbdir və böyük vəsaitlərə ehtiyac duyulacaq, lakin ərazinin köçürülmə üçün hazırlanması müvafiq şəkildə həyata keçirilərsə, bu, mümkündür", - deyə Musəvi fikirlərini bölüşüb.
Onun sözlərinə görə, bəzi nazirliklərin, ixtisaslaşmış şirkətlərin istehsalın cəmləşdiyi yerə köçürülməsi məntiqli olardı, polad sənaye obyektləri isə dənizə yaxın yerləşdirilə bilər, çünki onlar böyük miqdarda su tələb edir.
Xatırladaq ki, sentyabrın 7-də İran Prezidenti Məsud Pezeşkian ölkə paytaxtının Tehrandan Fars körfəzi sahillərinə köçürülməsinin zəruriliyini bəyan edib. Dövlət başçısının qeyd etdiyi kimi, Tehranın hazırda üzləşdiyi problemləri başqa yolla həll etmək mümkün deyil.
"İran" teqi üzrə xəbərlər
- Baş nazir Əli Əsədov İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri ilə görüşüb
- İran uranın zənginləşdirilməsini dayandıracaq?
- Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
- Trampın növbəti prezidentliyi İranla münasibətlərə necə təsir göstərəcək? - "Kaspi"nin ARAŞDIRMASI
- İranda mədən çökdü: Ölən və yaralananlar var
Rəylər