Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İran mümkün müharibə kontekstində kömək üçün Rusiyaya müraciət edib
İran İsrailə qarşı mümkün genişmiqyaslı müharibə kontekstində kömək üçün Rusiyaya müraciət edib və hava hücumundan müdafiə sistemləri istəyib.
Oxu.Az xəbər verir ki, "The Wall Street Journal" bu məlumatı hərbi planlama ilə tanış olan İran rəsmilərinə istinadən xəbər verir.
Artıq məlum olduğu kimi, İranda səfərdə olmuş Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehranda bu ölkənin Prezidenti Məsud Pezeşkianla, həmçinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə görüşüb.
Görüş çərçivəsində İran prezidenti Rusiya rəsmisinə bildirib ki, Tehran özünün strateji tərəfdaşı kimi Rusiya Federasiyası ilə münasibətləri dərinləşdirmək əzmindədir.
Pezeşkian vurğulayıb ki, İsrailin Qəzza zolağındakı hərbi fəaliyyəti və Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi bütün beynəlxalq qanunların kobud şəkildə pozulmasıdır.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu isə qeyd edib ki, Rusiya regional məsələlərdə İranla tam əməkdaşlığa hazırdır.
"Sergey Şoyqu" teqi üzrə xəbərlər
- Qərbə anons verən İranın Rusiyaya hücumu - Hamıya açıq olacaq Zəngəzur yolu
- Şoyqu: "Moskva enerji obyektlərinə zərbələrdən imtina etdi, lakin Kiyev buna qarşı çıxdı"
- Putin Şoyqudan İran və Azərbaycana səfərlərinin nəticələri barədə məlumat verməsini istəyib
- Sergey Şoyqunu Tehrana və Bakıya gətirən səbəb - Sabiq nazir mümkün variantları açıqladı
- Şoyqu İrana Putinin hansı mesajını çatdırıb?
Rəylər