Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İndoneziyada güclü daşqınlar: Ölənlər və itkin düşənlər var
İndoneziyanın Qərbi Sumatra əyalətində daşqınlar nəticəsində 19 nəfər ölüb.
Bu barədə təbii fəlakətlərin idarə edilməsi və nəticələrinin azaldılması agentliyinin nümayəndəsi Muharrindo İdvana məlumat verib.
“Ölənlərin əksəriyyəti Pesisir-Selatan rayonunda tapılıb. Orada cəmi 16 cəsəd tapılıb, daha yeddi nəfər isə hələ tapılmayıb. Ölənlərin qalan hissəsi Pariaman bölgəsində tapılıb”, - İdvan bildirib.
O qeyd edib ki, güclü su axınları 16 körpünün uçaraq su altında qalması, yolların bağlanması və evlərin sökülməsi nəticəsində zərərçəkənlərə yardımın paylanmasını çətinləşdirir.
İdvan vurğulayıb ki, əyalət cümə axşamı güclü yağışlar səbəbindən çayların sahillərini aşdığı gündən bəri daşqınlardan əziyyət çəkir.
Mənbə: Xinhua
"İndoneziya" teqi üzrə xəbərlər
- İndoneziya rəsmisi: "Azərbaycanlı həmkarlarımla ekoloji problemlərlə bağlı danışıqlar apara bilərik"
- İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı artdı
- İndoneziyada seçkiyə müdaxilə edən fransızlar ölkədən deportasiya ediliblər
- İndoneziyalı kişi qumar oynamaq üçün körpə oğlunu 800 dollara satdı
- Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər
Rəylər