Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Hindistanda qəribə hadisə: 27 il əvvəl qız qaçırdığına görə həbs edildi - Hazırda 4 övladı var
Hindistan polisi məhkəmənin 27 il əvvəl irəli sürdüyü qızqaçırma ittihamı ilə 48 yaşlı kişini həbs edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Qucarat ştatının kəndlərindən birinin sakininin həbsinə dair order təxminən 30 il əvvəl qaçırılan qızın qohumlarının tələbi ilə verilib, lakin məlum olub ki, bütün bu illər ərzində yerli polis məmurlarının ağır iş yükü səbəbi ilə həbs icra edilməyib. Təqsirləndirilən şəxs onun barəsində həbs qərarının verilməsindən xəbərsiz olub. Xoşbəxt evlilik illəri ərzində onun ailəsində valideynlərinin nikahları haqqında heç nə bilməyən dörd qız övladı dünyaya gəlib.
Həbs edildikdən iki gün sonra həmin şəxs məhkəmə qarşısına çıxıb. Onu bu əməlinə görə bir neçə il həbs cəzası gözləyirdi və məhkəmə qaçırılan qızı valideynlərinə təhvil verməli idi. Bununla belə, hakimlər ittiham üzrə məhdudiyyət müddəti başa çatdığı üçün kişini cinayət məsuliyyətindən azad edib.
"Hindistan" teqi üzrə xəbərlər
- ABŞ-də hindistanlı milyarderə qarşı ittiham irəli sürüldü
- Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq
- Çiçək dənizi və 1500 qonaq: Hindistanda avtomobil dəfn olundu
- Hindistanda toyda qalmaqal: Gəlinin keçmiş sevgilisi əvvəlcə bəyin əlini sıxdı, sonra yumruqladı
- Hindistanda qırıcı təyyarə qəzaya uğradı
Rəylər