Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
HƏMAS rəhbəri Haniyənin oğlu sui-qəsdin sirrini açdı
İyulun 31-də Tehranda "güclü" mühafizə olunan qonaq evində qətlə yetirilən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin oğlu Əbdüssalam Haniyə atasının mobil telefonunun izini müəyyən edən raketlə hədəfə alındığını açıqlayıb.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
"İdarə olunan raket atamın otağında başının yanında olan mobil telefonunu izləməklə istiqamətləndirilib. Məncə, otaqda bomba olması ilə bağlı yayılan xəbər heç də həqiqətə uyğun deyil. Mühafizəçilər və digər müşavirlər atamın otağından cəmi bir neçə metr aralıda olublar, ona görə də aydındır ki, bomba olsaydı, bütün bina partlayardı", - deyə o, bildirib.
Onun sözlərinə görə, atasının mobil telefonu onu asan hədəfə çevirib. Əbdüssalam Haniyə qeyd edib ki, atası həmin gün davamlı olaraq telefon danışıqları aparıb və öldürüldüyü gecə saat 22:15-ə qədər telefondan istifadə edib.
"İsmayıl Haniyəyə qarşı sui-qəsd" teqi üzrə xəbərlər
- Kazem Cəlali: "Əgər İsrail Müdafiə Ordusu yenə nəsə etsə, İranın cavabı daha sərt olacaq"
- İran İsraili hədələdi: "Yaxın zamanda Haniyənin qisası alınacaq"
- ABŞ HƏMAS-ın altı liderinə cinayət ittihamları irəli sürüb
- İran İsrailə niyə hücum etmədi?
- ABŞ: "İran İsraili vurarsa, fəlakətli nəticələrlə üzləşəcək"
Rəylər