Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ: "İran İsraili vurarsa, fəlakətli nəticələrlə üzləşəcək"
ABŞ iddia edir ki, İran İsrailə hücum edərsə, bunun nəticələri Tehran üçün fəlakətli olacaq.
Oxu.Az xəbər verir ki, bu versiyanı jurnalistlər üçün xüsusi brifinqdə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi irəli sürüb.
"Bu baş verərsə, biz buna qarşı çıxmağa və İsraili müdafiə etməyə hazırıq. Ancaq biz iranlıları da bu yola getməməyə çağırırıq, çünki bunun nəticələri xüsusilə İran üçün olduqca fəlakətli olacaq. Biz Yaxın Şərqdə vəziyyətin istənilən inkişafına hazırıq", - o bildirib.
Vaşinqton administrasiyasının rəsmisi İranın İsrailə hücumu halında ABŞ-nin özünün İranı vurmağa hazır olub-olmaması sualına cavab verməyib.
"İcazə verin deyim ki, biz regiona vəziyyətin hər hansı mümkün inkişafı üçün tələb olunan əhəmiyyətli hərbi aktivlər yerləşdirmişik. Biz öz fəaliyyətlərimizi tərəfdaşlar və müttəfiqlərlə əlaqələndiririk. Başqa heç nə barədə əvvəlcədən nə isə deyə bilmərəm", - məmur əlavə edib.
Xatırladaq ki, Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsindən və "Hizbullah"ın hərbi qanadının komandirlərindən biri Fuad Şukranın Beyrutda məhv edilməsindən sonra başlayıb. İran, HƏMAS və "Hizbullah" hadisəyə görə İsraili günahlandırıb və bunu cavabsız qoymayacaqlarını bildiriblər.
"İran-İsrail münasibətləri" teqi üzrə xəbərlər
- İrandan İsrailə qarşı "Doğru Vəd-3" əməliyyatı ilə bağlı yeni açıqlama
- Əli Xameneinin Suriyada səfərdə olan müşaviri Laricaninin görüş yerinin yaxınlığı hədəfə alındı
- Yeni dövr başlayır: Trampın hakimiyyəti dünyaya, Qafqaza və Azərbaycana necə təsir edəcək?
- İran prezidenti: "Onların bizə hücuma cəsarət etməmələri üçün raketlərimiz var"
- İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər
Rəylər