Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Hələb qəssabı" ləqəbli SEPAH komandiri yenidən Suriyaya göndərilib
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının yüksəkrütbəli komandirlərindən biri, "Hələb qəssabı" ləqəbli Cavad Qaffari yenidən Suriyaya göndərilib.
Bu barədə "Azad İran" "Telegram" kanalı İran mediasına istinadla xəbər verib.
Bildirilir ki, Qaffari 2011-ci ildə Suriyaya göndərilən ilk generallardan biridir. Bundan əvvəl o, SEPAH-ın Hələbdəki qərargahına rəhbərlik edib, daha sonra bu ölkədəki İran və proksi qüvvələrinə nəzarət edib.
Qeyd olunub ki, Cavad Qaffari 2021-ci ildə Suriyanın suverenliyini pozduğuna görə Bəşar Əsəd hökuməti tərəfindən ölkədən çıxarılıb və hazırda SEPAH-ın Kəşfiyyat Təşkilatının xüsusi əməliyyatlar bölməsinin rəhbəridir.
Rəylər