Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Hakan Fidan HƏMAS Siyasi Bürosunun üzvləri ilə görüşüb
Türkiyənin Xarici işlər naziri Hakan Fidan HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərviş İsmayıl və HƏMAS Siyasi Bürosunun üzvləri ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi "X" hesabında məlumat verilib.
Görüş zamanı bölgədəki, xüsusilə Qəzzanın şimalındakı humanitar vəziyyət müzakirə edilib.
H.Fidan Qəzzada baş verən humanitar fəlakətə qarşı beynəlxalq ictimaiyyəti səfərbər etmək üçün diplomatiyanın bütün imkanlarından istifadə edəcəklərini bildirib.
Görüşdə, həmçinin girovların mübadiləsinə imkan verəcək atəşkəs razılaşmasının əldə edilməsi üçün aparılan danışıqlarda son vəziyyət müzakirə olunub.
Bundan başqa, görüş zamanı fələstinlilər arasındakı barışıq prosesinə də toxunulub. H.Fidan bu mövzuda bu yaxınlarda Misirin ev sahibliyi ilə Qahirədə keçirilən görüşü yüksək qiymətləndirdiyini deyib.
Sayın Bakanımızın Hamas Şura Meclisi Başkanı ve Siyasi Büro Üyeleri ile Görüşmesi Hk. https://t.co/Vwg5P18xvv pic.twitter.com/nqgsVDEaEP
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) October 18, 2024
"Türkiyə XİN" teqi üzrə xəbərlər
- Türkiyə XİN-dən Azərbaycan və Ermənistana sülh çağırışı
- Türkiyə XİN husilərin yük gəmisinə hücumunu pisləyib
- Türkiyə XİN Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib
- Hakan Fidan: "Trampın qaləbəsindən sonra Rusiya-Ukrayna müharibəsinin bitməsinə ümidlər də artdı"
- Türkiyə XİN: "Cənubi Qafqazda davamlı sülh üçün region ölkələri ilə iş davam edəcək"
Rəylər