Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Haber Global"da Ankaradakı terror nəticəsində yaralanan şəxslər barədə süjet yayımlanıb
Ötən gün Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) hücum zamanı xəsarət alan işçilərin son vəziyyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global"da videosüjet yayımlanıb.
Telekanalın müxbiri Sercan Bilgi qeyd edib ki, silahlı hücum nəticəsində xəsarət alan şəxslərin əksəriyyəti Ankaranın Bilkent Şəhər Xəstəxanasında müalicə alır.
"Terror nəticəsində yaralanan 22 nəfərin müalicəsi davam etdirilir. Onlardan birinin vəziyyəti ağırdır. Yaralılardan yeddisi terrorçulara qarşı əməliyyatda iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır", - deyə mətbuat işçisi bildirib.
O, həmçinin qeyd edib ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya xəstəxanada müalicə alan şəxsləri ziyarət edib, müvafiq göstərişlərini veriblər.
"Türkiyədə terror" teqi üzrə xəbərlər
- Ərdoğan: "Ankaradakı hücumdan sonra 213 terrorçu məhv edilib"
- Ərdoğan: "TUSAŞ terrorunun Suriyadan sızma ehtimalını öyrənirik"
- PKK Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
- Abdullah Ağar: "Ankaradakı terrorda BRICS ehtimalı da var"
- Türkiyədə törədilən terrorla bağlı ehtimallar böyüyür
Rəylər