Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Gürcüstanda prezident seçkisinin tarixi açıqlandı
Gürcüstanda prezident seçkisi cari ilin 14 dekabrında keçiriləcək.
Oxu.Az bu barədə Gürcüstan KİV-nə istinadən xəbər verib.
Parlamentdə keçirilən iclasda parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, andiçmə mərasimi 29 dekabrda baş tutacaq.
O əlavə edib ki, Gürcüstanın yeni prezidenti seçicilər kollegiyası tərəfindən beş il müddətinə seçiləcək.
Məlumat üçün əlavə edək ki, hazırkı prezident Salome Zurabişvilinin səlahiyyət müddəti dekabrın 16-da başa çatır.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili növbəti prezident seçkisini dekabrın 14-də keçirməyi təklif edib.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
"Mən Gürcüstanda növbəti prezident seçkisinin dekabrın 14-də keçirilməsini təklif edirəm. Buna uyğun olaraq, qanunvericiliyimizə əsasən, andiçmə mərasimi 2024-cü il dekabrın 29-da baş tutacaq" - deyə Şalva Papuaşvili vurğulayıb.
"Gürcüstan" teqi üzrə xəbərlər
- Lavrov: "Qərb Gürcüstanda rəngli inqilab təşkil etməyə çalışır"
- Kobaxidze Gürcüstanda hökumətin yeni tərkibi ilə bağlı namizədlərini AÇIQLADI
- Gürcüstanda prezident seçkisini gələn ilə saxlamaq istəmirlər
- Azərbaycan-Gürcüstan sərhədində şərti sərhəd pozucuları zərərsizləşdiriliblər
- İrakli Kobaxidze baş nazir postuna namizəd olacaq
Rəylər