Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gürcüstanda müxalifət partiyasının ofisinə hücum edilib
Gürcüstanın əsas müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının Batumidəki ofisi daş-qalaq edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Vestikavkaza" məlumat yayıb.
Hadisə ötən gecə baş verib. Ofisdə heç kim olmadığı halda obyekt hücuma məruz qalıb.
Partiya hadisəni siyasətlə əlaqələndirib və adi xuliqanlığı istisna edib.
Ofisə hücumla bağlı araşdırma aparılır. İndiki mərhələdə xuliqanların şəxsiyyəti müəyyən edilməyib.
Qeyd edək ki, bu, parlament seçkisindən sonra Batumidə keçmiş hakim partiyanın ofisinə ikinci hücumdur.
"Vahid Milli Hərəkat" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər