Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gürcüstan 40-dan çox əcnəbini ölkədən çıxarıb: Onların arasında azərbaycanlılar da var
Aprel və may aylarında Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) miqrasiya qanunlarını pozduqları üçün Azərbaycan vətəndaşları da daxil olmaqla 42 vətəndaşı ölkədən çıxarıb.
Bu barədə idarənin məlumatında bildirilir.
Məlumata görə, Gürcüstan DİN-in Miqrasiya Departamenti son iki ayda 42 vətəndaşı saxlayıb, onların bəzisi ölkəni könüllü, bəzisi isə məcburi şəkildə tərk edib. Ölkədən çıxarılanlar arasında İraq, İran, Əlcəzair, Pakistan, Ermənistan, Rusiya, İordaniya, Misir və digər ölkələrin vətəndaşları var. Həmçinin qeyd olunur ki, Gürcüstana qanuni əsaslar olmadan gələn və müxtəlif ictimaiyyət əleyhinə fəaliyyətlərə cəlb edilmiş səkkiz azyaşlı Azərbaycan vətəndaşı ölkədən çıxarılıb.
Saxlanılan və ölkədən çıxarılanlar arasında aprel və may aylarında Gürcüstanda "Xarici agentlər haqqında" Qanuna qarşı keçirilən etiraz aksiyalarının iştirakçılarının olub-olmadığı açıqlanmır.
Mənbə: TASS
"deportasiya" teqi üzrə xəbərlər
- İndoneziyada seçkiyə müdaxilə edən fransızlar ölkədən deportasiya ediliblər
- Qərbi Azərbaycan Xronikası: "Kərbəlayı da Abbasqulu bəylə birlikdə ermənilərə qarşı vuruşub"
- Putin polisə miqrantları Rusiyadan qovmaq hüququ verib
- Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Deportasiya üçün daha 20 maddə əlavə edilir
- Latviya 34 rusiyalını ölkədən qovur