Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fransanın Avropa İttifaqı komissarı Terri Breton istefa verdi
Fransanın Avropa İttifaqı komissarı Terri Breton istefa verib. O, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə fikir ayrılığına görə bu addımı atdığını bildirib.
Oxu.Az bildirir ki, bu barədə T.Breton özünün "X" hesabından xəbər verib.
Onun Avropa Komissiyasının gələcək tərkibində mühüm vəzifə tutacağı gözlənilirdi, vitse-prezident vəzifəsinə təyin olunacağı barədə şayiələr dolaşırdı. Lakin görünür, bu baş verməyəcək.
Breton paylaşımında istefa məktubunun surətini də dərc edib. Məktubda Breton Ursula fon der Lyayenə müraciət edib:
"Bir neçə gün əvvəl, Avropa Komissiyasının gələcək tərkibi ilə bağlı danışıqların son mərhələsində siz Fransadan mənim adımı şəxsi səbəblərə görə geri çəkməyi xahiş etdiniz, bu səbəbləri mənimlə birbaşa müzakirə etmədiniz və siyasi kompromis kimi guya AK-nın gələcək tərkibində Fransa üçün daha nüfuzlu portfel təklif etdiniz. İndi sizə başqa namizəd təklif olunacaq. Bu hadisələrin - şübhəli idarəetmənin daha bir sübutunun işığında mən belə qənaətə gəldim ki, artıq öz vəzifələrimi yerinə yetirə bilmərəm. Buna görə də mən Avropa komissarı vəzifəsindən istefa verirəm, özü də dərhal", - deyə o, məktubunda qeyd edib.
Rəylər