Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Fransalı siyasətçi: "Pavel Durovu saxlamaqla Paris özünün tiran mahiyyətini nümayiş etdirdi"
"Fransa "Telegram"ın təsisçisi Pavel Durovu Paris hava limanında saxlamaqla özünün tiran mahiyyətini bütün dünyaya nümayiş etdirdi".
Oxu.Az xəbər verir ki, bu sözləri Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo mətbuata verdiyi açıqlamada bildirib.
"Bu, çox ciddi məsələdir. Fransa dünyaya özünün tiran mahiyyətini nümayiş etdirdi. Avropa İttifaqının Rəqəmsal Xidmətlər Senzurası Qanunu (DSA) Fransada söz azadlığının getdikcə daha amansız repressiyaya məruz qalmasına təkan verir. Görəsən, "X" sosial şəbəkəsinin sahibi İlon Musk da Fransaya gəlsə, eyni şəkildə saxlanılıb həbs oluna bilərmi?" , - deyə siyasətçi qeyd edib.
Qeyd edək ki, Pavel Durov dünən Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.
"Pavel Durov" teqi üzrə xəbərlər
- Pavel Durovun sevgilisi Dubayda adi gününün necə keçdiyini göstərdi
- "Telegram" istifadəçiləri üçün əla xəbər: Yeni videoyayım funksiyası gəlir
- Rəsmi Bakıdan Pavel Durov və Kemi Sebanın həbsinə münasibət
- İlon Mask Pavel Durovun "X" hesabına abunə olub
- Bu xəbərləri qaçırmayın: 07.10.2024-ün ən mühüm hadisələri
Rəylər