Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fransa hakimiyyəti Durovun qardaşını və "Telegram"ın vitse-prezidentini Parisə gəlməyə məcbur edir
Fransa hakimiyyəti "Telegram"ın qurucusu Pavel Durovun qardaşı Nikolay Durovu və mesencerin vitse-prezidenti İlya Perekopskini istintaqla əməkdaşlıq üçün Parisə gəlməyə çağırır.
Oxu.Az bu barədə "Shot" "Telegram" kanalına istinadən xəbər verir.
Onların istintaqla əməkdaşlığı "Telegram" qurucusu ilə bağlı vəziyyətin həllini sürətləndirə bilər. Nikolay Durov və Perekopskinin dindirilməsi və onların ifadələri olmadan "Telegram"ın qurucusu ilə bağlı istintaq ən azı bir il uzanacaq.
Həmçinin bu əməkdaşlıq Pavel Durova qarşı məhkəmə hökmünü yumşaldacaq, ona nəzarəti azaldacaq və ona Avropa İttifaqının digər ölkələrinə səyahət etmək imkanı verəcək. Lakin bu əməkdaşlıq həmçinin Durovun qardaşını və mesencerin vitse-prezidentini həbsxanaya apara bilər.
Xatırladaq ki, Durov avqustun 24-də şəxsi təyyarəsi ilə gəldiyi Parisdə saxlanılıb. Sahibkar məhkəmə nəzarətinə götürülüb və beş milyon avro məbləğində girov müqabilində sərbəst buraxılıb.
"Pavel Durov" teqi üzrə xəbərlər
- Pavel Durovun sevgilisi Dubayda adi gününün necə keçdiyini göstərdi
- "Telegram" istifadəçiləri üçün əla xəbər: Yeni videoyayım funksiyası gəlir
- Rəsmi Bakıdan Pavel Durov və Kemi Sebanın həbsinə münasibət
- İlon Mask Pavel Durovun "X" hesabına abunə olub
- Bu xəbərləri qaçırmayın: 07.10.2024-ün ən mühüm hadisələri
Rəylər