Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Filippində vulkanın püskürməsi səbəbindən 30-a yaxın reys təxirə salınıb
Filippində Neqros adasında yerləşən Kanlaon vulkanının püskürməsi səbəbindən 30-a yaxın daxili reys təxirə salınıb.
Belə ki, məhdudiyyətlər Manilanı Bakolod, İloilo və Sebu şəhərləri ilə birləşdirən nəqliyyat marşrutlarına təsir edib.
Məlumata görə, səlahiyyətlilər vulkanın yaxınlığında yaşayan yerli sakinlər üçün də məcburi təxliyələr həyata keçirirlər. Hazırda 200-ə yaxın insan təhlükəsiz əraziyə təxliyə edilib.
Filippinin Vulkanologiya və Seysmologiya İnstitutunun verdiyi məlumata görə, Kanlaon vulkanının püskürdüyü kül və tüstü sütunu 5 km yüksəkliyə qalxıb.
Mənbə: ABS-CBN News
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar