Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Filippində ölümcül təhlükə: Turistlər tətildən imtina edərək biletləri qaytarırlar
Filippində dəniz ilanları rusiyalı turistləri qorxudur. Onlar ekstremal tətildən imtina edirlər və hətta biletləri də qaytarırlar.
Bu barədə Oxu.Az "SHOT" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, Filippində turistlər tez-tez okeanda sualtı ilanlar görməyə başlayıblar. Məlum olub ki, bunlar planetdə ən zəhərli ilanlardandır və onların dişləməsindən insan ölə bilər.
Turistlərin bildirdiyinə görə, təhlükəli canlı adətən suyun dibində üzür və özünü qumda basdırır, ona görə də, təsadüfən onların üstünə basmaq və dişlənmək ehtimalı var. Eyni zamanda, ilan bəzən suyun üzünə də çıxır və istirahət edənləri daha da dəhşətə gətirir. İlan sürətlə üzür və bir qayda olaraq, gözlənilmədən dalğıcların yanında peyda olur. Erkək ilanlar isə cütləşmə zamanı aqressiv davranış göstərə bilirlər.
Həssas insanlar yerli ekzotikadan uzaq durur və dəniz heyvanı ilə qarşılaşmamaq üçün hotellərin hovuzlarına üstünlük verirlər.
Turoperatorların sözlərinə görə, təhlükəli canlı səbəbindən tətil turlarından imtina halları da baş verir. Lakin əksər hallarda agentlər müştərilərə ekzotik ölkələrdə təhlükələr barədə dərhal xəbərdarlıq edirlər, buna görə də, turistlər əvvəlcədən başqa kurort seçirlər.
"Filippin" teqi üzrə xəbərlər
- Filippini tayfun vurdu: Meteoroloqlardan xəbərdarlıq
- Filippində xoruz formasında tikilən hotel Ginnesin Rekordlar Kitabına düşdü
- Keçmiş "Disney" işçisi ilə bağlı qalmaqal: Uşaq təcavüzünü sifariş edərək canlı izləyib
- Filippində "Trami" qasırğası tüğyan edir: Ölənlərin sayı 110 nəfərə çatıb
- Filippində meymunçiçəyinə yoluxma sayı artdı
Rəylər