Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ermənistanda baş vermiş zəlzələ dağıntılara səbəb olub
Ermənistanda baş vermiş zəlzələ xüsusilə Qeqarkunik rayonuda dağıntılara səbəb olub.
Oxu.Az Sputnik-ə istinadən xəbər verir ki, Yeranos kəndində zəlzələnin nəticələrinin qiymətləndirilməsi üzrə komissiya fəaliyyət göstərir.
Komissiya rəsmisi dağıntıların olduğunu təsdiqləsə də, vətəndaşlara dəymiş ziyanın təxmini məbləğini açıqlamaqda çətinlik çəkib.
Bundan əvvəl Qeqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan erməni mətbuatına açıqlamasında 50 evə ziyan dəydiyini bildirib.
Ermənistanda 4,2 maqnitudalı zəlzələ olub.
Oxu.Az Aralıq Dənizi Seysmoloji Xidmətinin məlumatına istinadən bildirir ki, zəlzələ ocağı İrəvandan 49 km aralı, Geqarkunik vilayətinin Yeranos yaşayış məntəqəsində yerləşib.
Yerli vaxtla saat 02:02-də (Bakı vaxtı ilə eyni saatda) qeydə alınan zəlzələ 10 km dərinlikdə olub.
Dağıntı və itki barədə məlumat verilmir.
Rəylər