Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İrəvanda polislə aksiya iştirakçıları arasında toqquşmada saxlanılanlar sərbəst buraxıldılar
İrəvanda bu gün keçirilən etiraz aksiyaları zamanı saxlanılanların hamısı sərbəst buraxılıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Qeyd edək ki, təkcə bu gün keçirilən nümayişlər nəticəsində Ermənistan paytaxtında 270-dən çox etirazçı saxlanılmışdı.
13:50
Ermənistanda keçirilən itaətsizlik aksiyasında 270 nəfərdən çox şəxs saxlanılıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, hazırda İrəvanda küçələr açıqdır, polis təhlükəsizliyi bərpa edib.
12:14
Ermənistanda keçirilən aksiyalar zamanı saxlanılanların sayı 240 nəfərə çatıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, onlar İrəvanın müxtəlif polis bölmələrində saxlanılırlar.
11:15
İrəvanda bu gün keçirilən etiraz aksiyasında saxlanılanların sayı 226 nəfərə çatıb.
Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, saxlanılanlar arasında Ermənistan parlamentinin deputatı Aşot Simonyan da olub.
Qeyd olunur ki, polislər toxunulmazlıq haqqında qanunu pozaraq Ermənistan parlamentinin deputatını da saxlayıblar.
İrəvandakı polis bölmələrindən birinə aparılan Aşot Simonyan bir müddət sonra sərbəst buraxılıb.
10:34
Ermənistanda keçirilən vətəndaş itaətsizliyi aksiyasında saxlanılanların sayı 196 nəfərə çatıb.
Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
09:00
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları davam edir.
Artıq səhər saatlarında İrəvanın mərkəzində polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.
Ermənistan hüquq-mühafizə orqanlarından verilən məlumata görə, polisə müqavimət göstərən 67 nümayişçi saxlanılıb.
08:38
Ermənistanda bu gün səhər saatlarından etibarən "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının fəalları vətəndaş itaətsizliyi aksiyasına başlayıblar.
Bu barədə Ermənistan mətbuatı xəbər verib.
Qeyd olunub ki, fəallar İrəvan-Əştərək yolunu bağlayaraq nəqliyyatın hərəkətini iflic ediblər.
Məlumat üçün əlavə edək ki, İrəvan-Əştərək magistralı Ermənistanın cənubuna, İranla sərhəddə aparan yoldur.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb
- Ermənistanda futbolçular məvaciblərini tələb edirlər
- Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq
- Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı
- Paşinyan məmurları "WhatsApp" mesajı ilə şoka saldı