Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ermənistanda növbəti ikitirəlik: Avropa İttifaqına qoşulmaq istəmirlər?
"Ermənistanda Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı imzaların toplanması ümidləri doğrultmur".
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Nəşr qeyd edir ki, bu proses sentyabrın 16-da başlayıb, lakin təşəbbüskarlar nəticələrdən razı deyillər. Məlumata görə, gözləntilər xeyli yüksək olsa da, indiyədək səslərin 2/3-si (tələb olunan 50 mindən təxminən 33 mini) toplanıb.
Nəzərə alsaq ki, imzaların toplanması təkcə İrəvanda deyil, ölkənin regionlarında da həyata keçirilib, göstəricilər kifayət qədər aşağıdır. Üstəlik, parlament layihəni rədd edərsə, artıq 300 min imza toplamaq lazım gələcək ki, bu da ciddi problemə çevriləcək.
Təşəbbüs müəllifləri noyabrın 14-dək 50 min səs toplayıb parlamentə təqdim etməlidirlər. Əgər rədd edilərsə, 60 gün ərzində Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi üçün 300 min səs tələb olunacaq.
Nəşr yazır ki, layihənin rədd edilmə ehtimalı çox yüksəkdir, çünki baş nazir Nikol Paşinyan xalqın fikrinə bələd olduğunu və belə bir şeyə ehtiyac görmədiyini daha əvvəl bildirib. Üstəlik, siyasi komandasının üzvləri ilə qapalı görüşdə Paşinyan xəbərdarlıq edib ki, belə bir referendum keçirilməməlidir.
Qeyd edək ki, daha əvvəl başqa bir Ermənistan KİV ölkədə Aİ-yə daxil olmaq üçün imza toplanmasının çox ləng getdiyindən yazmışdı.
Xatırladaq ki, sentyabrın əvvəlində Ermənistan Mərkəzi Seçki Komissiyası ölkənin "Avropa İttifaqına daxil olması" məsələsi ilə bağlı imza toplamağa başlanmasını nəzərdə tutan vətəndaş təşəbbüsünün qeydə alınması qərarını təsdiqləyib. Vətəndaş təşəbbüsündə 51 nəfər var, onun səlahiyyətli nümayəndəsi Ədliyyə Nazirliyinin keçmiş rəhbəri və qərbyönlü Respublika Partiyasının (hakimiyyətdəki partiya ilə əməkdaşlıq edən) qurucularından biri olan Artak Zeynalyandır.
Həmçinin, xatırladaq ki, iyunun 21-də Ermənistan parlamentində Aİ-yə üzvlük üzrə müraciətlə bağlı mümkün referenduma dair dinləmələr keçirilib. Ermənistan qanunlarına görə, əgər 60 gün ərzində 50 min imza toplaya bilsələr, o zaman təşəbbüs parlamentin gündəliyinə salınacaq və qanunverici orqanın deputatları buna səs verəcəklər.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb
- Ermənistanda futbolçular məvaciblərini tələb edirlər
- Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq
- Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı
- Paşinyan məmurları "WhatsApp" mesajı ilə şoka saldı
Rəylər