Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyənin xüsusi nümayəndəsi Ermənistanla danışıqları konstruktiv adlandırıb
Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç sərhəd zonasında erməni həmkarı ilə bugünkü danışıqları konstruktiv adlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Serdar Kılıç özünün "X" hesabında paylaşım edib.
"Biz Türkiyə ilə Ermənistan arasındakı sərhəd bölgəsində, səhər Ermənistan tərəfində, günorta isə Türkiyə tərəfində görüşlərin beşinci raundunu keçirdik. Biz konstruktiv şəkildə normallaşma prosesinin bütün aspektlərini və perspektiv irəliləyiş imkanlarını müzakirə etdik", - deyə Serdar Kılıç paylaşımda yazıb və Ruben Rubinyanla görüşünün videosunu yayımlayıb.
Türkiyə və Ermənistan rəsmiləri diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşündə razılıq əldə edilib.
Bundan başqa, tərəflər həmçinin, Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə razılıq əldə edib.
Xatırladaq ki, xüsusi nümayəndələrin görüşü həm Ermənistan, həm dəı Türkiyə ərazisində keçirilib.
Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü sərhədin Türkiyə tərəfində davam etdirilir.
Oxu.Az bu barədə "Sputnik" Ermənistana istinadən xəbər verir.
Qeyd olunur ki, görüşdən əvvəl Ruben Rubinyanla Serdar Kılıç təmir edilmiş Marqara keçid məntəqəsini gəziblər.
Ermənistan-Türkiyə sərhədində Ermənistan və Türkiyə xüsusi nümayəndələri - Ruben Rubinyanla Serdar Kılıç arasında sayca beşinci görüş keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Xatırladaq ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı xüsusi nümayəndələrin əvvəlki görüş iki il əvvəl - 2022-ci il iyulun 1-də Vyanada baş tutub.
Rəylər