Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ermənistan BRICS-ə üzv olmağı planlaşdırmır
Ermənistan 22-24 oktyabr tarixlərində Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək.
Oxu.Az-ın Ermənistan mediasına istinadla verdiyi məlumata görə, bu barədə parlamentdə respublikanın baş nazirinin müavini Mqer Qriqoryan bildirib.
Baş nazirin müavini bununla belə İrəvanın hazırkı mərhələdə birliyin üzvü olmaq imkanını müzakirə etmədiyini vurğulayıb.
"Xeyr, xeyr, hazırkı mərhələdə xeyr", - deyə o, BRICS-ə üzvlük üçün müraciət etmək imkanı ilə bağlı jurnalistin sualını cavablandırıb.
Qeyd edək ki, daha əvvəl Ermənistan hökuməti baş nazir Nikol Paşinyanın BRICS sammitində iştirak edəcəyini təsdiqləyib.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda futbolçular məvaciblərini tələb edirlər
- Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq
- Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı
- Paşinyan məmurları "WhatsApp" mesajı ilə şoka saldı
- Bu xəbərləri qaçırmayın: 18.11.2024-ün ən mühüm hadisələri
Rəylər