Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ərdoğan NATO rəhbəri ilə Ukrayna və Qəzzada nizamlanmanı müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Ukrayna və Qəzzadakı münaqişələrin həlli, eləcə də terrorla mübarizə məsələlərini müzakirə edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası danışıqların yekunlarına əsasən məlumat yayıb.
Görüş zamanı, həmçinin Türkiyənin 2026-cı ildə NATO sammitini keçirməsi müzakirə edilib.
Qeyd olunur ki, görüşün gündəliyinə NATO müttəfiqləri ilə Türkiyə arasında müdafiə sənayesi üçün məhsulların satın alınmasında həmrəylik məsələləri də daxil edilib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər, Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri Fahrettin Altun, Ərdoğanın xarici işlər və təhlükəsizlik siyasəti üzrə müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.
Rutte "X"də (keçmiş "Twitter") Türkiyə prezidenti ilə danışıqlardan sonra qeyd edib ki, "Getdikcə gözlənilməz bir dünyada Türkiyə NATO-ya əvəzsiz töhfə verir".
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Putin Ərdoğanla beynəlxalq vəziyyəti müzakirə edib
- Rəcəb Tayyib Ərdoğan: "Dövlət Bağçalı ilə aramızda heç bir fikir ayrılığı yoxdur"
- Ərdoğan Baydenin Rusiyaya zərbə endirilməsi qərarı ilə bağlı: "Barıt çəlləyinə od atmaq olacaq"
- "Haber Global": "Türkiyənin COP29-dakı stendi böyük diqqət çəkir"
- Ərdoğan G20 liderlərinin sammiti üçün Braziliyaya gedir
Rəylər