Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ebola artıq Avropadadır
Avropalıların Ebola virusuna yoluxma hallarından sonra İspaniya, İtaliya, Almaniya, Fransa, Çexiya rəhbərlikləri potensial xəstələrin təcili təcrid olunması üçün tədbirlər görürlər.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, Makedoniyada bir britaniyalının Ebola virusunun səbəb olduğu xəstəlikdən öldüyü güman edilir. Dəqiq məlumatlar 2 gündən sonra məlum olacaq. Hələlik Skopyedə (ölkə paytaxtı) britaniyalının yaşadığı mehmanxana mühasirəyə alınıb.
İndiyədək Almaniya vətəndaşında Ebola virusunun olması təsdiqlənib. O, cümə axşamı Liberiyadan xüsusi reyslə gətirilib və xarakterik simptomlarla xəstəxanaya yerləşdirilib.
Leypsiqdəki həkimlərin məlumatına görə, hazırda “onun vəziyyəti sabit, lakin kritikdir”.
Praqada da mümkün yoluxma halının baş verdiyi bildirilir. Bu günlərdə Liberiyadan qayıtmış pasiyentin analizinin nəticələri cümə günü hazır olacaq. Serbiyada Ebola təhlükəsi ilə əlaqədar 700 nəfər tibbi müayinə altına yerləşdirilib.
Avstraliyanın Kerns şəhərində Syerra-Leonedə (Afrika) tibb bacısı işləmiş Ebolaya yoluxma şübhəsi ilə bağlı xəstəxanaya yerləşdirilib.
Rəylər