Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Durov Rusiya və BƏƏ-nin diplomatik yardımından imtina edib
"Telegram" mesajlaşma xidmətinin həmtəsisçisi Pavel Durov Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ona təklif etdiyi diplomatik yardımdan imtina edib.
Oxu.Az bu barədə "Politico" qəzetinə istinadən xəbər verir.
"Sözügedən şəxs Rusiyanın konsul müdafiəsindən və BƏƏ konsulluğu nümayəndəsinin səfərindən imtina edib, lakin BƏƏ səfirliyini vəziyyətdən xəbərdar etməyə razılaşıb", - deyə nəşrdə bildirilib.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisin Le-Burje hava limanında həbs edilib. Həbs qərarı Durovun Fransa təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmədiyi üçün verilib. O, narkotik ticarəti və digər ağır cinayətlərdə iştirakda ittiham olunub. Durov Fransa vətəndaşıdır və onun mübadiləsi yaxud ekstradisiyası mümkün deyil. Avqustun 29-da Pavel Durov məhkəmə nəzarəti altında azadlığa buraxılıb.
Rəylər