Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dollar ucuzlaşa bilər: Vacib qərar açıqlandı
ABŞ-nin mərkəzi bankı kimi çıxış edən Federal Ehtiyat Sistemi (FED) sentyabrın 17-18-də keçirilən ikigünlük iclasının sonunda uçot dərəcəsini 50 baza bəndi - illik 4.75-5.25% səviyyəsinə endirib.
Oxu.Az xəbər verir ki, bu barədə RBC.ru tənzimləyicinin press-relizinə istinadən məlumat yayıb. Bu, 2020-ci ilin martından bəri ilk azalmadır.
ABŞ-də bir ildən artıq müddət ərzində bu göstərici son 20 ilin maksimum həddinə çatdırılıb və 5.25-5.5% səviyyəsində olub. FED 2023-cü ilin iyul ayından etibarən faizləri bu səviyyədə saxlayıb.
FED-in faizlərlə bağlı növbəti iclası 6-7 noyabr tarixlərində baş tutacaq.
Qeyd edək ki, uçot dərəcəsi dünya üzrə ABŞ dollarının dəyərini müəyyənləşdirir. Onun azalması valyutanı ucuzlaşdıra bilər.
Rəylər