Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Çinin üç şəhəri suyun altında qaldı
Çinin şərqindəki Futszyan əyalətində uzun sürən yağışlar 9 milyona yaxın əhalisi olan Tsyuançjou və daha iki böyük şəhərdə, həmçinin 11 kənd mahalında daşqınlara səbəb olub.
Çin Mərkəzi Televiziyasının yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, 11 çay öz məcrasından çıxıb.
Daşqın zonalarında suyun səviyyəsi 3,65 m-ə çatır.
Dərc edilmiş məlumatlara görə, 179,8 min nəfər daşqınlardan zərər çəkib, 36 minə yaxın insan təxliyə edilib. Prosesə hərbçilər cəlb olunublar.
Futsyan əyalətində dəmir yolu əlaqəsi qismən dayandırılıb.
Qeyd edək ki, iyunun 9-dan etibarən Futsyanda tufan və güclü küləklə müşayiət olunan yağış yağır. Əyalət də fəlakət xəbərdarlığı elan edilib.
"Daşqın təhlükəsi" teqi üzrə xəbərlər
- Norveç XİN nümayəndəsi: "İqlim dəyişikliyindən dolayı daşqınlara məruz qalırıq"
- Valensiyadan sonra Siciliya da suya qərq olur
- Saxarada son 50 ilin ən güclü daşqınları: 20 nəfər həlak olub
- Dunay çayı daşdı: Macarıstanın paytaxtı su altında qaldı
- Polşa son illərin ən ağır daşqınının əsarətində: Minlərlə insan təxliyə edildi, ölənlər var