Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Çində güclü külək sakinlərin paltarlarını uçurdu: Minlərlə insan "geyimsiz" qaldı
Çinin Çunsin şəhərində güclü külək minlərlə sakinin alt paltarlarını uçurub.
Bu barədə Oxu.Az "The Guardian"a istinadən xəbər verir.
Məlumata görə, səlahiyyətlilər quru havaya son verməyə və süni şəkildə yağıntı əmələ gətirməyə çalışdıqdan sonra küləyin sürəti saniyədə 34 metrə çatıb. Bu da gözlənilməz nəticələrə gətirib çıxarıb. Qasırğa nəinki ağacları və reklam lövhələrini aşırıb, eyni zamanda sakinlərin eyvanlarda qurumaq üçün asdıqları alt paltarlarını da özü ilə aparıb.
Çunsin 32 milyon əhalisi olan nəhəng bir şəhər olduğu üçün heyrətamiz mənzərə yaranıb - səmada olduqca çox sayda alt paltarları uçuşub.
Hadisə ilə bağlı "Douyin" tətbiqində ("TikTok"un Çin versiyası) yayımlanan çoxsaylı videolarda eyvanlardan düşən alt paltarlarının ağaclardan asıldığı və küçələrdə sürükləndiyi kadrlar yer alıb. "Çunsin sakinləri bu qeyri-adi günü heç vaxt unutmayacaqlar", - deyə Çin sosial şəbəkələrində istifadəçilər zarafat ediblər.
"Çin" teqi üzrə xəbərlər
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var
- Çində bir kişi eyni yaşayış kompleksində beş qadınla sevgili olub
- Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı"
Rəylər