Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"ChatGPT" avtomobillərdə də yer alıb
Alman avtomobil nəhəngi "Volkswagen" öz maşınlarında "ChatGPT" "chatbot"unu dəstəklədiyini bildirib.
Məlumata görə, məşhur "chatbot" əvvəllər "Volkswagen" avtomobillərinə inteqrasiya edilmiş IDA səsli köməkçisi ilə yanaşı işləyəcək. Korporasiya nümayəndələrinin sözlərinə görə, avtomobil həvəskarları səsli köməkçi ilə "daha təbii dildə" ünsiyyət qura, müxtəlif mövzularda məsləhət və yardım ala biləcəklər. "Volkswagen" ilin əvvəlində avtomobillərində "chatbot"un göründüyünü elan edib.
"ChatGPT" dəstəyi yeni Golf, Tiguan və Passat avtomobillərinə, eləcə də elektrik krossoverlərinin Electric ID xəttinə əlavə edilib. "Chatbot" hazırda yalnız Avropada işləyir, lakin gələcəkdə Şimali Amerika müştərilərinə əlavə olunacaq.
Mənbə: Lenta.ru
"ChatGPT" teqi üzrə xəbərlər
- Süni intellektdə inqilab: "ChatGPT"nin yeni modeli insan kimi düşünməyi öyrəndi
- Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi
- "Google"un axtarış sisteminə süni intellektli rəqib gəlir - "SearchGPT"
- "Grok" süni intellektinin yeni versiyasının buraxılış tarixi AÇIQLANDI
- "Apple" şirkətinin səhmləri tarixi maksimuma çatdı
Rəylər