Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Britni Spirs Castin Timberleykdən açıq şəkildə üzr istəyib
Müğənni Britni Spirs açıq şəkildə keçmiş sevgilisi, müğənni Castin Timberleykdən bağışlanmasını istəyib.
Sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
41 yaşlı Britni Spirs 42 yaşlı Castin Timberleykin yeni klipi ilə video paylaşıb və ötən ilin oktyabrında yayımladığı xatirələrində münasibətləri barədə açıq danışdığı üçün ondan üzr istəyib.
Qeyd edək ki, müğənni kitabda Castin Timberleykin onu “başqa bir ulduz”la aldatdığını yazıb və həmçinin 19 yaşında onu aborta məcbur etdiyini bildirib.
“Kitabımda söylədiyim bəzi şeylərə görə üzrxahlıq etmək istəyirəm. Əgər mənim üçün dəyəri olan kimisə incitmişəmsə, çox üzr istəyirəm”, - deyə Spirs öz paylaşımında bildirib.
Müğənni Castin Timberleykin yeni mahnısını çox sevdiyini da yazıb.
Mənbə: gazeta.ru
Rəylər