Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır
Böyük Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır.
Bu barədə “Daily Beast” Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib.
Bildirilir ki, bunun üçün “Menay körpüsü” adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirilir və yenilənir.
“Planın “tozu təmizlənib” və indi fəal şəkildə yenilənir. Krala xərçəng diaqnozu qoyulduğunu nəzərə alsaq, bu, gözlənilən idi”, - deyə mənbə vurğulayıb.
Başqa bir mənbə qeyd edib ki, çoxsəhifəli planın tərtibində iştirak edən yüksəkvəzifəli şəxslər onun bütün aspektlərini nəzərdən keçirirlər. Bununla yanaşı, kraliça II Elizabetin dəfn mərasimi də daxil olmaqla, əvvəlki matəm hadisələrinin təcrübəsi də nəzərə alınır.
Xatırladaq ki, martın 28-də III Çarlz həkimlər qadağan etdikləri üçün Pasxa ayinində iştirak etməyib. Tədbirdə xərçəng diaqnozu qoyulan Keyt Middlton da olmayıb. “In Touch” qeyd edib ki, kralın diaqnozu saray işçiləri üçün hamının bildiyi “sir”dir. Mədəaltı vəzi xərçəngindən əziyyət çəkən III Çarlzın iki il yaşayacağı ehtimal edilir.
Belçikalı jurnalist Ann van Denski isə bildirib ki, “Menay körpüsü” kod adlı III Çarlzın dəfn planı onun gənclik illərində tərtib edilib. Hazırda kral, demək olar ki, hər gün dəfn ssenarisini gözdən keçirir, təxmin edilən büdcə artıq 250 milyon funt-sterlinqi keçib. III Çarlz yaxınlarına deyir ki, o, taxt-tac uğrunda növbədə o qədər uzun müddət dayanıb ki, möhtəşəm dəfn mərasiminə layiq olub.
Rəylər