Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Braziliyada merliyə namizəd debat zamanı stulla vurulub
Braziliyanın ən böyük şəhəri San-Pauloda mer vəzifəsinə namizəd Pablo Marsal (Fəhlə Yeniləmə Partiyası) televiziya debatları zamanı rəqibi Xose Luis Datena (Sosial Demokrat Partiyası) tərəfindən stulla vurulub.
Oxu.Az bu barədə iz-ru-ya istinadən xəbər verir.
Məlumata görə, hücum Marsal sual vermək hüququ qazandıqdan sonra rəqibinin nə vaxt "klounluğu" dayandıracağını və namizədliyini geri götürəcəyini soruşduqdan sonra baş verib. Cavab olaraq, Datena cəld stulu götürüb, tribuna yaxınlaşıb və danışanın başına zərbə endirib. "TV Cultura" telekanalının apardığı debatların yayımı dərhal dayandırılıb.
Mətbuatda qeyd olunur ki, zərərçəkən Sirio-Libanes xəstəxanasına yerləşdirilib. Həkimlərin məlumatına görə, mer namizədinə sınıq diaqnozu qoyulub və ona kompüter tomoqrafiyası təyin edilib.
Marsalın vəkili hücum edən şəxs barədə polisə şikayət edib. O, həmçinin debatların növbəti mərhələlərinin mühafizə altında keçirilməsini tələb edib.
Rəylər