Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Botsvana prezidentinə yumruq boyda almaz göstərilib
Son 100 ilin ən böyük almazı Botsvanada tapılıb, çəkisi 2 492 karatdır. Yumruq boyda cəvahir ölkə Prezidenti Mokvetsi Masisiyə göstərilib.
Oxu.Az bu barədə "Hindustan Times"a istinadən xəbər verir.
"Bu, adamın ağlını qarışdırır. Mən bunu öz zamanımda gördüyümə görə çox şanslıyam", - deyə Masisi bildirib.
O, almazla yaxından tanış olmaq üçün yüksəkvəzifəli dövlət məmurlarını çağırmazdan əvvəl dərindən köks ötürərək heyrətlənib. Onlar qeyd ediblər ki, daşı qiymətləndirmək və ya onu necə satmaq barədə qərar vermək hələ tezdir. Bu, 119 ildə tapılan ən böyük almazdır.
"Botsvana" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər